Sosial
Azərbaycanda sayt rəhbərinə hökm oxundu - FOTO
Dələduzluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən “Bəyaztv.az” saytının rəhbəri - 1972-ci il təvəllüdlü Bəhram Rüstəmova hökm oxunub.
Publika.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə B.Rüstəmov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 182.2.2-ci (Xeyli miqdarda dələduzluq, təkrar dələduzluq, hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirli bilinib.
İttihamda qeyd edilib ki, B.Rüstəmov müharibə iştirakçısı olan 10 nəfərə yaxın şəxsə əlillik dərəcələrinin alınması və ya əlilliyin bərpası vədi verib. O, həmin şəxslərdən xeyli miqdarda pul alıb. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Göygöl Rayon Şöbəsinin müdiri, Samux rayonu Sərkar kənd musiqi məktəbinin və həmin kənddəki orta məktəbinin direktorları da zərərçəkmiş şəxs qismində tanınıb.
Sayt rəhbərinin vəzifəli şəxsləri rüsvay etmə hədəsi ilə şantaj edərək pul alması bildirilib. Məhkəmədə B.Rüstəmov özünü qeyd edilən əməllər üzrə qismən təqsirli bilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Rüstəmova 7 il 6 ay həbs cəzası verilib. (“Qafqazinfo”)
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO
-
Dünya09:42
Putinin partiyasının binası yandırıldı - VİDEO