Kirpi olduğunu zənn edib baytara apardı, görün nə çıxdı - FOTO
Bizi izləyin

Sosial

Kirpi olduğunu zənn edib baytara apardı, görün nə çıxdı - FOTO

İngiltərədə heyvansevər bir qadın xəstə olduğunu düşündüyü “körpə kirpi”ni baytara aparıb. O, kirpinin öldüyünü düşünüb, lakin sonra həqiqəti öyrənib. Onun tapdığı kirpi yox, papağın uc hissəsi olubmuş.

Publika.az xəbər verir ki, yaşlı qadın yol kənarında tapdığı “körpə kirpi”ni əvvəlcə təhlükəsiz əraziyə aparıb. Bir neçə saat ona qulluq etdikdən sonra pişik yemi verməsinə baxmayaraq, gecə boyu yerindən tərpənmədiyini görən “kirpi”nin xəstə olduğundan şübhələnib.

O, ertəsi gün tüklü aksesuarı baytara aparıb və heç gözləmədiyi cavabı alıb. Tapdığı şeyin kirpi deyil, papaq ucu olduğunu öyrənib.

Baytar Janet Kotze “The Independent”ə belə deyib: "O, yaşlı bir qadın idi, bəlkə də altmış və ya yetmiş yaşlarında idi. Həqiqəti biləndə elə bildi ki, zarafat edirik. Onun kirpi olmadığı bizə olduqca aydın idi”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm