Sosial
Bakıda 12 yaşlı qızı paltar almaq adı ilə qaçırıb evləndi - VİDEO
Bakıda Ülkər adlı qız 12 yaşı olarkən ərə verilib. Onun 13 yaşında övladı dünyaya gəlib.
Publika.az xəbər verir ki, o, bu barədə Baku.ws-ə danışıb. Hazırda 25 yaşı olan Ülkərin iddiasına görə, 4 ildir övladını ona göstərmirlər.
"12 yaşım olanda məni qaçırdılar. Həmin vaxt 119 saylı orta məktəbin şagirdi idim. Məni istəmişdilər, "hə" məclisi olmuşdu. Lakin anam yaşımın tamam olmasını istəmişdi. Amma Oqtay Ələkbər oğlu Hüseynov dörd aydan sonra məni qaçırdı. O, Biləsuvarda yaşayırdı, Türkanda işləyən vaxt məni görmüşdü.
Mənim oxuyub həkim olmaq kimi arzularım var idi. Amma hamısı ürəyimdə qaldı.
Məni paltar almaq adı ilə aldadıb qaçırdı. Biləsuvara gətirəndə anası və atası ona dedi ki, haradan götürmüsənsə, apar qaytar yerinə. Oğlan cavab verdi ki, daha gətirmişəm və aparmayacağam. Sonra oğlan toyu oldu. Toydan 4-5 ay sonra hamilə oldum. Sonra övladım 8 aylığında doğuldu. Xəstəxanada mənim neçə yaşımın olmasını gizlətdilər. Məni qayınatam da, qayınanam da döyüblər", - deyə 12 yaşında qaçırılan Ülkər bildirib.
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...