Sosial
Kürdə batan ata və azyaşlı qızının axtarışları davam edir - Video
Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlu və 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir.
FHN-dən Publika.az-a verilən xəbərə görə, hazırda vətəndaşların batdığı ehtimal edilən istiqamətlər üzrə nazirliyin Xüsusi Riskli Xilasetmə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və Qarabağ Regional Mərkəzinin qüvvələri tərəfindən intensiv şəkildə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Xatırladaq ki, Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisində istirahət edirlərmiş. Bu zaman 6 yaşlı S.S suya yıxılıb. Atası qızı xilas etmək üçün onun ardınca suya tullansa da, o da batıb.
-
Cənubi Qafqaz11:25
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi
-
Nida Xəbər 11:10
Bu xanıma yüksək vəzifə verildi - FOTO
-
Nida Xəbər 10:50
Qazaxla sərhəd kəndin sakinləri şoka düşüblər: Paşinyanla görüşdə onlara nə deyiblər?
-
İqtisadi gündəm10:26
Rubl və avro ucuzlaşaraq görün neçəyə oldu
-
Hadisə09:50
Bakının mərkəzində sürət yarışı: 10-a yaxın maşın əzildi - Video
-
Sosial09:14
Keçmiş daxili işlər naziri saxlanıldı
-
Sosial08:37
Dələduzlar yeni yola əl atdılar: “Cərimən varsa...” - VİDEO
-
Nəqliyyat08:30
Bakıda sıxlıq olan yollar - SİYAHI