Yetkinlik yaşına çatmayanlara siqaret satan 3 mağaza aşkarlandı
Bizi izləyin

Sosial

Yetkinlik yaşına çatmayanlara siqaret satan 3 mağaza aşkarlandı

Polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslərə alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Publika.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində üç mağazada yetkinlik yaşına çatmayanlara tütün məmulatları satılması halı aşkarlanıb.

Həmin obyektlərin sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm