FHN Sumqayıtda təlim keçirdi - Foto
Bizi izləyin

Sosial

FHN Sumqayıtda təlim keçirdi - Foto

Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə Sumqayıt Regional Mərkəzinin əhatə etdiyi ərazidə yerləşən qurumlarının struktur bölmələri və ərazi obyekt qüvvələri ilə fövqəladə hallar zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Publika.az xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı fəaliyyət üzrə əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, komandir-rəis heyəti tərəfindən fövqəladə hal nəticəsində yaranmış əməliyyat şəraitinin qiymətləndirilməsi, təkliflərin hazırlanması, müvafiq qərarların qəbul edilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahələrində təcrübəlann daha da artıılması, eyni zamanda, şəxsi heyətin xilasetmə yanğınsöndürmə və texnogen qəzaların nəticələrinin aradan qaldırılması sahələrində fəaliyyətinin təkmilləşdirilməsindən ibarət olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm