Sosial
Sabah 28 dərəcə isti olacaq
![](https://publika.az/storage/2023/08/31/hava.jpg?v1719410856)
Mayın 28-də Azərbaycanda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
Dünya18:00
ABŞ Rusiyaya qarşı bu ölkədən istifadə etdi, işə yaramadı: Çin ifşa etdi
-
Dünya16:40
Özəlin bu sözləri Ərdoğanı qəzəbləndirdi: "Cavabımızı eyni şəkildə verəcəyik"
-
Dünya16:32
Ermənistan və erməni kilsələri hədəfdədir: İsrail görün nə edəcək
-
MDB16:08
Varlılardan yığılan vergi ilə büdcə artdı - Deputatlar başqa yollar axtarır
-
MDB15:04
Zelenski Donetsk vilayətinə gəldi: İstefa mesajı verdi
-
Magazin114:24
Çimnaz çılpaq şəkillərini bu qiymətə satışa çıxardı - FOTO
-
Dünya13:40
ABŞ-dan kritik açıqlama: Putin bu ölkələri müharibəyə çəkir
-
Qoroskop13:00
35 yaşından sonra bəxti açılacaq 3 bürc