Sosial
Maliyyə nazirindən büdcə ilə bağlı - Mühüm açıqlama
“Qarabağ və Şərqi Zəngəzurda abadlıq-quruculuq və “Böyük Qayıdış” proqramının icrası üçün 1 milyard 160 milyon manat vəsait ayrılıb”.
Publika.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə çıxış edərkən deyib.
Nazir əlavə edib ki, bundan başqa müdafiə və təhlükəsizlik xərcləri üçün 807 milyon manat, ölkənin digər regionlardakı infrastruktur sahələrinin inkişfaı üçün isə 977 milyon manat ayrılıb.
Samir Şərifov əlavə edib ki, cari ilin ötən 4 ayında ölkədə 38,2 milyard manatlıq ÜDM istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə istehsal 4,3 % artıb:
"Dünya neft-qaz bazarlarında mövcud olan münbit qiymət 2024-cü ilin dövlət büdcəsində neft-qaz gəlirlərinin proqnozdan çox olmasına səbəb olub. Dövlət büdcəsinin artan gəlirləri əlavə vergi daxilolmaları, əlavə gömrük və idxaldan vergi daxilolmaları, dövlət büdcəsi tərkibində nəqliyyat vasitələrinin utilizasiyası fonduna daxilolmalar, dövlət borc kağızlarının emissiyası və s. hesabına təmin olunacaq. Dəyişikliklər nəticəsində büdcə gəlirlərinin 48,9%-i neft qaz sektoru, 51,9%-i isə qeyri-neft qaz sektorunun payına düşəcək. Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği dəyişməyəcək”.
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?