Sosial
Ən çox şikayət olunan dövlət qurumu... - Deputat
Bu gün Azərbaycanda ən çox şikayət olunan qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.
Publika.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
"Keçən dəfə yanıma qazi gəlib, başı əsir, yeriyə bilmir. Zəng edib bildirdim ki, bu adama təqaüd düşür. Amma problem həll olunmadı. Bu nazirliyin vəzifəsi sosial müavinətlərin məbləğini və yaxud sosial müavinət alanların sayını azaltmaq deyil. Bu problemlər həll edilməlidir. Biz dəfələrlə veteranlara verilən 80 manat təqaüdün artırılması ilə bağlı təklif səsləndirmişik. Amma, bununla bağlı heçbir addım atılmır. Heç olmasa 20 manat artırılsın. İnsanlar da görsün ki, hansısa addımlar atılır", - deyə o qeyd edib.
Bundan başqa, deputat bildirib ki, 2024-cü il üzrə dövlət büdcəsinə yenidən baxılma ilə Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar artırılıb: "Biz idxalı getdikcə artırırıq. Büdcə gəlirlərininin idxal gömrük rüsumları hesabına artırılmasını doğru hesab etmirəm".
"Son vaxtlar sənaye parkları Bakı və ətrafında yaradılıb. Təklif edirəm ki, hər bölgədə sənaye parkı yaradılsın ki, yeni iş yerləri yaradılsın", - deyə deputat əlavə edib.
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?