Sosial
Bu qatarların hərəkət qrafiki dəyişir
Sabahdan "Bakı Metropoliteni" QSC-nin Bənövşəyi xəttində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək.
Publika.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, yeni tədris mövsümünə qədər Bənövşəyi xətdə davamlı tətbiq edilən yeniliklərin, o cümlədən qatarların hərəkətini tənzimləyən sistemlərin yoxlanılmasına başlanılacaq. “Xocəsən” elektrik deposunun inşaatı birinci mərhələ üzrə başa çatdırılaraq istifadəyə verildikdən sonra, Bənövşəyi xətdə qatarların sayının artırılaraq, daha intensiv hərəkətin təşkilinə başlanılıb. Bununla qatarların baxışı, qulluğu, xidməti və təmiri, ən əsası, hərəkətin təşkili və xətt üzrə infrastruktur işlərinin aparılmasına zəmin yaranıb. Yeniliklərin tətbiqi, eləcə də dövrü tənzimləmə işlərinin sınaqları məqsədilə “Xocəsən” elektrik deposunda qatarların mərhələ ilə növbədənkənar yoxlanılması və texniki təftişinin aparılması da nəzərdə tutulub. Bu məqsədlə xətdə olan qatarlar növbə ilə yoxlama-təftiş prosesinə cəlb ediləcək. Bu zaman sərnişin təhlükəsizliyinə əməl olunması, bu xüsusda hərəkət qrafikinin pozulmaması, hərəkətin təşkilinə neqativ təsirlərin aradan qaldırılması vacib şərtlərdəndir.
Qeyd edilən işlərlə əlaqədar xətt üzrə qatarların əksəriyyətinin “Xocəsən” elektrik deposundan dönməsi zəruriyyəti yarandığından, “8 Noyabr-Avtovağzal” və “8 Noyabr-Xocəsən” marşrutları üzrə gün ərzində 10 dəqiqəlik hərəkət intervalı tətbiq ediləcək. Buna qədər sərnişin axını nəzərə alınmaqla, “8 Noyabr-Avtovağzal” sahəsində qatarların hərəkəti 8 dəqiqəlik intervalla tənzimlənirdi.
Yay mövsümündə hərəkət qrafikinə edilən dəyişikliklərin əsas məqsədi yeni tədris mövsümünə qədər xətdə tətbiq edilən yeniliklərin və qatarların hərəkətini tənzimləyən sistemlərin optimal saz vəziyyətdə olmasını təmin etməkdir.
Qatarların hərəkət intervalı yeni tədris mövsümü ərəfəsində bərpa ediləcək.
-
Sosial19:13
Faciəvi şəkildə ölən Arzunun nişanlısı: "Allah mənim bəlamı versin" - FOTO
-
Hadisə19:02
Qadınla əlbir olub yarım milyonu mənimsəyən Hüseyn görün kim imiş - FOTO
-
Nida Xəbər 18:07
18 yaşlı oğlandan inanılmaz əməl: Qadınla əlbir olub 700 min pulu... - VİDEO
-
İdman18:00
Ehtiram Quliyev Bakının bu kəndində 5 hektar torpaq aldı: Məqsədi nədir?
-
Yaxın Şərq17:31
Türkiyə Həsən Nəsrullahın öldürülməsinə belə REAKSİYA VERDİ
-
MDB17:10
Azərbaycanın yaxın dostu ağır xəstəliyə tutulub? - RƏSMİ AÇIQLAMA
-
Hadisə16:30
Rus pilotların olduğu Mi-8 bu ölkədə qəzaya uğradı: 6 ölü, 8 yaralı
-
Magazin215:40
Ceyson Stethemin sevgilisi premyeraya “çılpaq” gəldi - FOTO