Azərbaycan Silahlı Qüvvələri şərəfli yol keçib - Spiker
Bizi izləyin

Sosial

Azərbaycan Silahlı Qüvvələri şərəfli yol keçib - Spiker

106-il öncə yaradılmış Azərbaycan Silahlı Qüvvələri şərəfli yol keçib.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

O qeyd edib ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən bir günlük lokal antiterror tədbirlərində böyük peşəkarlıq və sücayət göstərib:

"Torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz və suverenliyimiz təmin edilib”.

Spiker bildirib ki, Silahlı Qüvvələr günü münasibəti ilə Müzəffər Ali Baş Komandanı və Ordumuzun şəxsi heyətini təbrik edirik:

“Azərbaycan Ordusu bundan sonra da öz üzərinə düşən tarixi missiyasını şərəfli yerinə yetirəcəyinə əminik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm