Sosial
Qeyri-çimərlik ərazilərdən istifadə edənlərə çağırış - VİDEO
![](https://publika.az/storage/2024/07/04/qqqq.jpg?v1720298770)
Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib.
Qurumdan Publika.az-a daxil olan məlumata görə, nazirlik tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, yenə də bəzi vətəndaşlar, o cümlədən uşaq və yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan kanal, çay, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadə faktlarına rast gəlinir. Bu isə bir sıra hallarda acı nəticələrə gətirib çıxarır.
"Belə ki, çimərlik üçün nəzərdə tutulmayan kanallar, arxlar, çaylar, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına əməl etməyə və çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən istifadə etməməyə çağırır, - deyə müraciətdə vurğulanıb.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
Qoroskop00:15
Günün ULDUZ FALI: problemlər əhvalınızı poza bilər
-
İdman00:00
Ərdoğan matçı stadiondan izləyir - FOTO
-
Kriminal6 İyul 23:15
Bakının mərkəzində qadın vəhşicəsinə döyüldü - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Kriminal6 İyul 22:48
Oğul atasının başını KƏSDİ - Saatlıdakı dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI
-
İKT6 İyul 22:36
İlon Maskdan "WhatsApp"la bağı CİDDİ XƏBƏRDARLIQ
-
Region6 İyul 22:12
Ərdoğan və xanımı milli komandaya görə Berlində - FOTO/VİDEO
-
Region6 İyul 22:00
Türkiyə ordusu milli komandaya belə dəstək oldu - VİDEO
-
Sosial6 İyul 21:12
Atasının aldığı velosipedlə əcəlinə gedən 12 yaşlı Zəhranın FOTOSU