Naxçıvanda iki erkən nikaha cəhdin qarşısı alındı
Bizi izləyin

Sosial

Naxçıvanda iki erkən nikaha cəhdin qarşısı alındı

Naxçıvan Muxtar Respublikasında iyun-iyul aylarında iki erkən nikahın qarşısı alınıb.

Publika.az xəbər verir ki, erkən nikaha hər iki cəhd Şərur rayonunda olub.

Rayonun Dərəkənd kəndində 2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan sakinlə 2000-ci il təvəllüdlü kənd sakini arasında nişan mərasimindən sonra toy mərasiminin keçiriləcəyi gün təyin edilib.

Digər cəhd isə Şərur rayonunun Maxta kəndində olub. Burada 2007-ci il təvəllüdlü kənd sakini ilə Sabirabad rayonu Bulduq kəndinin 23 yaşlı sakini arasında toy mərasiminin keçiriləcəyi ilə bağlı məlumat əldə edilib.

Hər iki halda respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının, Şərur Rayon İcra Hakimiyyəti yanında yaradılmış Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın və Şərur Rayon İcra Hakimiyyətində yaradılmış gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvlərinin iştirakı ilə məsələlər yerindəcə araşdırılıb, toy mərasimləri keçiriləcək ünvanlara baxış keçirilib və tərəflərin valideynləri ilə qanunamüvafiq söhbət aparılaraq uşaq hüquqlarını pozan bu halların qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb.

Beləliklə erkən nikahların qarşısı alınıb.

Aidiyyatı qurumlar vətəndaşlardan bu cür hadisələrə qarşı diqqətli olmağı, belə hallarla rastlaşdıqda dərhal Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat vermələri xahiş olunub.

(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm