Sosial
Valideynlərin azyaşlılara etdiyi Məhərrəmlik “zülmü” - Qanun və din nə deyir?
Məhərrəmlik ayı və Aşura mərasimi hər il olduğu kimi, bu il də narahatedici məqamı yenidən gündəmə gətirdi: azyaşlıların məscidlərə aparılması və Aşura mərasimində iştirak etmələri, bir çox hallarda isə təbliğatın alətinə çevrilməsi;
Əhli-Beyt eşqi, Kərbəla hadisələrinə hörmət Azərbaycanda tarix boyu olub, bu gün də davam edir. Bu ənənənin yaşadılmasını təkcə xalqımız yox, dövlətimiz də təmin edir. Respublikanın hər yerində məscidlərin bərpası və təmiri, ibadət yerlərinin qorunması və saxlanılması daim dövlətin diqqət və qayğısında olub. Amma Məhərrəmlik ayında və bu ayın əsas hadisəsi olan Aşura mərasimində ifrata varmaq qəbuledilən hal deyil. Bunu dinimiz İslam da qəbul etmir. Və indiyə qədər Azərbaycanda həyata keçirilən düzgün təbliğat, maarifləndirmə işləri ifrata varan əməllərə tam son qoymasa da, xeyli dəyişikliyə səbəb olub. Misal üçün, vaxtilə Aşura mərasimində “qan çıxarmaq” məqsədilə zəncir vurulması, yaxud insan bədəninə zülm edilməsi əvəzinə qanvermə aksiyaları geniş yayılıb. Yaxud Kərbəla eşqinə “şəbih” çıxarmaq əvəzinə, daha xeyirxah əməllərin edilməsi seçimi çoxalıb.
Məhərrəmlikdə və Aşura mərasimində əsas problemlərdən biri kimi azyaşlı uşaqların valideynləri tərəfindən məscidlərə aparılması, qələbəliyin olduğu mərasimlərdə iştirakıdır. Bunu hər il bir neçə nümunədə görmək olur.
1. Azayşlı oğlan uşaqları sinəvurma və digər əzadarlıq hallarında iştirak etdirilir;
2. Azyaşlı qız uşaqlarına qara çarşab örtülərək, bu mərasimlərə gətirilir;
Halbuki, yetkinlik yaşına çatmayan, xüsusilə azyaşlıların orada nə baş verdiyindən, bu mərasimlərin niyə və nə üçün keçirildiyindən xəbəri yoxdur. Əksinə, azyaşlı uşaqların həyatına xoşagəlməz müdaxilə halları baş verir.
Birincisi, övladlarımızın şüuruna və onların seçimlərinə təsir olunur.
İkincisi, onların gözləri qarşısında zorakılıq – “qançıxarma”, özünə əzab vermə kimi hallar baş verir.
Bu, hər şeydən öncə azyaşlı uşaqların psixologiyasına mənfi təsir edən amillərdir. Hər il gördüyümüz mənzərə hamıya bəllidir: Aşura mərasimlərində qələbəlik yaşanır, insanlar ağlayır, sinə vurur (bu, əvvəllər zəncirvurma olaraq baş verirdi, hazırda azalsa da, tam sıradan çıxmayıb), bir çox yerlərdə “şəbihlər” keçirilir və orada olan azyaşlılar nə baş verdiyini anlamadan tamaşa edirlər, hətta aralarında mərasimlərdə iştirak edənlər də olur. Bu halın onların psixologiyasında neqativ izlər buraxması qaçılmazdır.
Ən pis hal odur ki, bəzi valideynlər azyaşlı övladlarını bu mərasimlərdə iştiraka məcbur etməklə fəxr edir, “övladımı dini ənənələrə uyğun böyüdürəm”, “övladımızı əsl müsəlman kimi böyüdürəm” deyir. Axı İslam hər şeydən öncə bütün müsəlmanlardan övladlarını qorumağı, müsbət keyfiyyətlərə məxsus insan kimi yetişdirməyi istəyir. Azyaşlı uşağın psixologiyasına mənfi təsir edəcək addımı nə İslam dini, nə də qanunlarımız qəbul etmir. İslam dini azyaşlı uşaqların həyatına müdaxiləni qəbul etmir, hər bir insana müəyyən yaşa çatdıqdan sonra seçim etmək azadlığı verir. Qanun isə yetkinlik yaşına çatmamış uşaqlara mənfi təsir edəcək halları qadağan edir. Hansısa valideynin “dinə xidmət” adı altında azyaşlı uşağını belə mərasimlərə aparması onun istismarı hesab olunur və bu, “Uşaq hüquqları haqqında” qanuna ziddir.
Əgər bir azyaşlı sinə vurmaq, qan çıxarmaq, kütləvi kədərin, hüznün olduğu belə mərasimlərdə iştiraka məcbur edilirsə, bu, onun zərərli təsirlərə məruz qalması və adıçəkilən qanuna görə, hüquqlarının pozulması deməkdir. Bu baxımdan, hər bir valideyn bu məsələdə məsuliyyətli olmalıdır. Nə qanunları pozmalı, nə də İslam dininin uşaqların qayğısına qalmaqla bağlı tələblərinə qarşı çıxmalıdır. Hər kəs anlamalıdır ki, azyaşlı övladlarımızı belə mərasimlərə məcburi gətirmək “dinə xidmət” etmək deyil, uşaqlarımızın psixologiyasına mənfi təsir etməkdir.
Publika.az
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA