Sosial
Mərhum jurnalistin adına müsabiqə keçirilir
Moderator.az xəbər portalı ölkə yazar və jurnalistləri arasında saytın qurucusu və mərhum baş redaktoru, tanınmış mərhum jurnalist Zülfüqar Hüseynzadənin xatirəsinə həsr olunmuş “Zülfüqar Hüseynzadə mükafatı” adlı müsabiqə elan edir.
İlk müsabiqənin mövzusu Z.Hüseynzadənin yaradıcılığı və jurnalist fəaliyyəti dövründə qələmini süngüyə çevirərək, yağı düşməndən azad edilməsi üçün ürəyinin yağını əritdiyi və nəhayət, azad edildikdən sonra qucağında ruhunun əbədiyyətə qovuşduğu doğma yurduna - Kəlbəcər rayonuna həsr edilib.
Müsabiqəyə qoşulmaq istəyənlər aşağıda qeyd edilən mövzulardan birini seçə bilərlər:
- Kəlbəcər rayonunun misilsiz təbiəti, yeraltı və yürsüstü sərvətləri,
- Kəlbəcərin ekstremal şəraiti və tarixi abidələrin zənginliyi baxımından böyük turizm potensialı,
- Kəlbəcər işğaldan azad edildikdən sonra yenidən dirçəldilməsi üçün görülən işlər, həyata keçirilən böyük layihələr və perspektivlər.
Qeyd: Bu mövzular ümumi istiqamətləndirici mahiyyət daşıyır. Müsabiqə yazılarında onların hər birinə ayrılıqda və ya ümumi şəkildə istinad oluna bilər.
Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:
-Mövzunu dolğun əhatə etmə səviyyəsinə;
-Təsvirlər zamanı leksikon və ifadə vasitələrinin zənginliyinə;
-Mövzuya analitik yanaşmaya, fakt və problemlərin düzgün təhlilinə;
-Faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;
-Oxucu üçün informasiyalılıq dərəcəsinə;
-Müasir və qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.
Müsabiqənin şərtləri
Müsabiqəyə 23 iyul 2024-cu il tarixindən 18 avqust 2024-cü il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında yayımlanan yazılar buraxılacaq.
Yazılar 8 min işarədən çox olmamalıdır.
Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmaya da bilər.
Müsabiqəyə yazılar [email protected] elektron ünvanına göndərilməlidir.
Yazılar elektron media resursunda yayımlanıbsa, bunu təsdiqləyən "link" də əlavə edilməlidir. Çap nəşrində- qəzet və ya jurnalda yayımlandığı halda isə həm də “Pdf” formatında göndərilməlidir.
Yazılar email vasitəsilə təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır:
o Təqdimat göndərişində müsabiqə yazısı (“Word” faylında, imzasız);
o müsabiqə yazısının dərc olunduğu qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud “Word” faylında);
o yazı elektron media resursunda yayımlanıbsa, bunu təsdiqləyən link və sair vasitələr;
o yazı materialının müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya müəllifin KİV-də çalışdığını təsdiqləyən sənəd (PDF, JPG, yaxud “Word” faylında);
o yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud “Word” faylında) yer almalıdır.
Mükafatlandırma
Müsabiqəyə təqdim edilmiş materiallara 18-23 avqust tarixlərində münsiflər heyəti tərəfindən baxılacaq və 24 avqust 2024-cü il tarixində - Zülfüqar Hüseynzadənin doğum günündə qaliblər (1-ci, 2-ci və 3-cü yer) elan ediləcək və mükafat və hədiyyələr təqdim olunacaq.
1-ci yer üçün: 1000 AZN
2-ci yer üçün: 600 AZN
3-cü yer üçün: 400 AZN
Qeyd edək ki, müsabiqənin hər il iyul-avqust ayında keçirilməsi və növbəti illərdə mükafat fondunun artırılması nəzərdə tutulur.
Əlaqə: Mobil/Whatsapp: +994997440247
-
Nida Xəbər 12:51Baş nazir Samir Şərifovu sədr - TƏYİN ETDİ
-
Dünya12:18Biz həmişə izləyirik: “Ağıllı eynək”lərə qarşı etiraz
-
İdman12:12Mahrezin həyat yoldaşı: Ona görə boşanmalı olub - FOTOLAR
-
Region12:00Xalqın mentaliteti dəyişməlidir: Ermənistanda demoqrafik böhranın səbəbi açıqlandı
-
Rəsmi xronika11:20Prezident Braziliya səfirinin etimadnaməsini qəbul etdi
-
MDB10:54Rusların azərbaycanlılarla oxşar olan dərdi: Toy neçəyə başa gəlir?
-
Köşə10:24Şuşadan dünyaya mesajlar: Niyə ona bu qədər güvənirik...
-
Qoroskop09:48İnsanların zəif tərəflərindən istifadə edən 4 bürc










.jpg)







.jpg)


















