Sosial
Qubada sel torpaq uçqununa səbəb oldu, kənd yolu bağlandı - FOTO
Qudyalçaydan keçən güclü sel Quba rayonunun Küpçalqışlaq kəndində fəsadlar törədib.
Publika.az xəbər verir ki, sel nəticəsində Küpçalqışlaq kəndinin ərazisində Qudyalçayın sahilindəki yamac yuyularaq torpaq uçqunu baş verib. 460 nəfər əhalinin yaşadığı kəndin yolunda uçqun nəticəsində ciddi təhlükə yaranıb. Dirəklərin aşması yaşayış məntəqəsinin elektrik enerjisi ilə təminatında çətinliklər yaradıb.
Quba Rayon İcra Hakimiyyətinin, rayon fövqəladə hallar komissiyasının və digər aidiyyəti qurumların nümayəndələri selin fəsadları ilə yerində tanış olublar. Kənd sakinlərinin istifadəsi üçün alternativ yolun salınması məqsədilə müəyyən olunan əraziyə xüsusi texnikalar cəlb edilərək inşa işlərinə başlanılıb. Bununla yanaşı, sel nəticəsində aşan elektrik dirəklərinin yeniləri ilə əvəzlənməsi işləri də görülür.
Küpçalqışlaq kəndinin ərazisində bundan sonra sel sularının yarada biləcəyi fəsadların miqyasının azaldılması üçün əraziyə müvafiq qurumların xüsusi texnikaları cəlb olunub.
-
ABŞ13:00Maduro belə şəraitdə saxlanılır: Bu dili öyrənir, kitab oxuyur - Oğlu danışdı
-
Rəsmi xronika12:48İlham Əliyev Qazaxıstana getdi - Foto
-
Sosial12:45Yağış yağacaq - PROQNOZ
-
Dünya12:18Tramp Çində paylaşımlar edə bilmədi: Onun telefonunu əlindən niyə alıblar?
-
Sosial10:39Bazar günündən metro yeni qrafikdə işləyəcək
-
Sosial09:54Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...
-
Dünya09:36ABŞ İrana qaçan agentin başına bu qədər mükafat təyin etdi
-
Maraq dünyası09:12Bu bürclərin 15-31 may tarixlərində pul sarıdan bəxtləri gətirəcək






























.jpg)



