Qlobal siyasətdə yeni dövr: Trampdan sonra Çinə o gedir
Bizi izləyin

Dünya

Qlobal siyasətdə yeni dövr: Trampdan sonra Çinə o gedir

Qlobal siyasətdə yeni dövr: Trampdan sonra Çinə o gedir

Mayın 20-də Rusiya prezidenti Vladimir Putinin Çinə rəsmi səfəri gözlənilir.

Publika.az xəbər verir ki, bu barədə Çinin “South China Morning Post” nəşri məlumat yayıb.

Kremldən Putinin Çinə səfər etmək planı rəsmən təsdiqlənsə də, səfərin dəqiq tarixi barədə hələlik heç bir rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp aprelin 15-də Çinə reallaşdırdığı üçgünlük rəsmi səfərini başa vurub.

Çin mətbuatı yazır ki, Vladimir Putinin mayın 20-də gözlənilən səfəri baş tutacağı təqdirdə, Pekin rəhbərliyi ölkə tarixində ilk dəfə olaraq hər hansı beynəlxalq sammit və ya çoxtərəfli tədbir olmadan, eyni ay çərçivəsində dünyanın iki ən böyük fövqəldövlətinin rəhbərini qəbul etmiş olacaq. Bu isə qlobal siyasətdə yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilir.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm