Tramp Çində paylaşımlar edə bilmədi: Onun telefonunu əlindən niyə alıblar?
Bizi izləyin

Dünya

Tramp Çində paylaşımlar edə bilmədi: Onun telefonunu əlindən niyə alıblar?

Tramp Çində paylaşımlar edə bilmədi: Onun telefonunu əlindən niyə alıblar?

ABŞ Prezidenti Donald Trampın Çinə rəsmi səfəri zamanı şəxsi smartfonundan tamamilə məhrum edildiyi məlum olub.

Publika.az "New York Post"a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri və onu müşayiət edən nümayəndə heyətinin üzvləri Çində kiberhücum və cihazların qanunsuz sındırılması risklərinə qarşı ciddi şəkildə xəbərdar ediliblər.

Ağ Evin rəsmi nümayəndəsi də rəhbərliyin xəbərdarlığını təsdiqləyərək Donald Trampın səfər günlərində öz şəxsi telefonuna toxunmadığını bildirib.

Məhz bu səbəbdən prezidentin sosial şəbəkələrdəki aktivliyi kəskin şəkildə azalıb, onun hesablarında paylaşılan statuslar isə birbaşa Vaşinqtondan, administrasiya əməkdaşları tərəfindən idarə olunaraq yayımlanır.

Təhlükəsizlik tədbirləri çərçivəsində ABŞ rəsmilərinin və şirkət rəhbərlərinin bütün şəxsi elektron avadanlıqları xüsusi "Faradey qəfəslərinə" yerləşdirilib. Xarici elektromaqnit dalğalarını bloklayan və kənardan müdaxilənin qarşısını alan bu qoruyucu qurğular ABŞ prezidentinin "Air Force One" adlı şəxsi təyyarəsində kilidli vəziyyətdə saxlanılır. Nümayəndə heyəti öz smartfon və planşetlərindən yalnız geri qayıdarkən, təyyarə göyərtəsinə daxil olduqdan sonra istifadə edə bilər.

Çində keçirilən rəsmi görüşlər zamanı operativ əlaqəni təmin etmək üçün Amerika nümayəndələrinə birdəfəlik (keçici) telefonlar və müvəqqəti elektron poçt ünvanları paylanılıb.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm