Sosial
Seçkilərdə xoşagəlməz hallar... - Məzahir Pənahov
Seçkilərdə milyonlarla insan iştirak etdiyindən xoşagəlməz hallardan heç kim sığortalanmayıb.
Publika.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə seçkilərdə bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə deyib.
Onun sözlərinə görə, media nümayəndələri daima prosesin içərisində olduğundan seçkini obyektiv işıqlandırmalıdırlar: "Harada mənfi hal görsələr, MSK-nın addımını, müdaxiləsini gözləmək lazım deyil. Medianın vəzifəsi hər birimizdən yüksəkdir. Onlar qərəzli informasiya ötürmək istəyənləri qabaqlamalı, prosesi şəffaf təqdim etməlidirlər. Media subyektləri öz auditoriyasını genişləndirmək üçün sensasion ştrixlərdən istifadə etməməlidirlər. Seçkidə xoşagəlməz halın qeydə alınmasından heç kim narahat olmasın. Bundan sığortalanmaq mümkün deyil. Sadəcə baş verən hadisəyə yerindəcə, düzgün qiymət vermək lazımdır".
M.Pənahov bildirib ki, bəzi dövlətlər, qurumlar hansısa bir ölkədə öz iddialarını həyata keçirmək istəyirlər: "İndi hansısa dövlətə təsir mexanizmi keçmişdəki kimi qoşun çəkməklə aparılmır".
-
Sosial17:25
Məktəblərdə telefondan istifadə qadağan edildi
-
Region17:07
ABŞ Ermənistana bu qədər sərmayə qoyub - Departament açıqladı
-
Sosial16:35
İlham Əliyev iki fərman imzaladı
-
Hadisə16:08
Əsgərimiz özünü öldürüb - FOTO/RƏSMİ
-
Rəsmi xronika15:16
İlham Əliyev türkiyəli aktyoru təltif etdi - FOTO
-
Kriminal14:18
Atası oğlunu öldürəni bağışlamışdı, amma... - Məhkəmə qərar verdi
-
ABŞ13:22
Dünyanın ən varlı 3 milyarderi andiçmədə Trampın yanında olacaq: Bu qədər pul veriblər
-
Region12:40
Xamenei adamını gizli şəkildə Moskvaya göndərdi - İran çıxılmaz vəziyyətdə