Sosial
Göygöl rayonunda qanunsuz tikili söküldü
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu barədə Publika.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Yeni Qızılca kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində vətəndaş tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Göygöl Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
-
Avropa10:54
Müharibəyə hazırlıq? - Bu ölkə Rusiya ilə sərhəddə bunkerlər tikir
-
Qoroskop10:48
Sevgidə şanslı olacaq 3 bürc: bəxt onlar üçün sürprizlər hazırlayır
-
Maraq dünyası09:48
Dünya şokda: 13 aprel, cümə günü... - Qiyamət bu tarixdə "Xaos Tanrısı" ilə başlayacaq
-
ABŞ09:12
Harrisdən Trampa qarşı sui-qəsd cəhdinə reaksiya: Sevinir
-
Elm və təhsil09:00
Uşaq evindən birinci sinfə gedənləri məktəbə onlar apardılar - FOTO
-
Nəqliyyat08:36
Yeni tədris ilinin ilk günündə paytaxt yollarında vəziyyət necədir? - SİYAHI
-
Magazin108:25
Bakıda qayınanadan ŞOK PLAN: gəlinin acığına bu cazibədar məşhuru toya çağırdı - VİDEO
-
Elm və təhsil07:47
Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur