Sosial
Metroda fasilə yarandı: Səbəb nədir? - Rəsmi açıqlama
Bu gün Bakı metrosunun fəaliyyətində fasilə yaranıb.
Publika.az xəbər verir ki, bu səbəbdən "Həzi Aslanov" - "İçərişəhər" istiqamətində hərəkət edən qatar metronun "Ulduz" istiqamətində 6 dəqiqə gözləməli olub.
Bakı Metropoliteni QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov buna tədris ili ilə əlaqədar sərnişin çoxluğunun səbəb olduğunu bildirib:
“Ötən ilin ilk tədris günü ilə müqayisədə sərnişin həddən artıq çoxdur. Hansı nasazlıqdan danışıldığını bilmirəm. Sadəcə, səhər pik saatlar başlayana qədər qatarların biri depoya getməli, digəri depodan çıxmalıdır. Qatar "Nərimanov" metrosundan elektrik deposuna gedəndə və əks istiqamətdən qayıdanda "Ulduz" - "Həzi Aslanov" istiqamətində iki dəfə artıq interval yaranır. Üstəlik, qapıların saxlanılması və sərnişin sıxlığını nəzərə alsaq, qısamüddətli gecikmələr mümkündür. Ancaq bu gecikmələr dərhal aradan qaldırılır. Başqa bir texniki problem yoxdur".
-
Sosial02:19
Bəzi parklardan attraksionlar niyə yığışdırılıb? - VİDEO
-
Qoroskop00:40
Günün qoroskopu: Sizi xoş sürprizlər gözləyir
-
Ekopublika.az00:25
Dollar ucuzlaşacaq? - İllər sonra ilk dəfə...
-
Dünya18 Sentyabr 23:27
Durovun keçmiş xanımı "Telegram"ın yarısını tələb edir: "Nikahımız rəsmi olmasa da..."
-
Dünya18 Sentyabr 22:36
Livanda rabitə cihazları yenə partladı: ölü və yaralı sayı artdı - YENİLƏNDİ
-
İKT18 Sentyabr 22:12
Alimlər Maskın "Starlink" peyklərindən zinhara gəldi: görün nəyə səbəb olur
-
Dünya18 Sentyabr 21:35
Müharibənin yeni mərhələsi ELAN EDİLDİ
-
Magazin218 Sentyabr 21:23
Göz rəngini dəyişən Mətanətdən tənqidlərə CAVAB