Sosial
General xalq artistinin oğluna yüksək vəzifə verdi - FOTO
Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun
"Azərterminalkompleks" Birliyinə direktor müavini təyin etdiyi Eldar Əzizov Xalq artisti Rafiq Əzimovun oğludur.
Publika.az xəbər verir ki, bu barədə Qaynarinfo.az-a xalq artistinin özü məlumat verib.
Aktyor bildirib ki, oğlu Eldar Əzizovun vəzifəyə təyin olunması ilə bağlı xəbəri ona həyat yoldaşı verib:
"Çox sevindim, qürurlandım. Yoldaşım məlumatı mətbuatdan oxuyub və mənə zəng edib. Eldar uşaqlıqda aktyor olmaq istəyirdi. 10-cu sinifi bitirənə qədər bu sənətlə maraqlanırdı. Amma bir gün başqa bir sahəyə meyl etdi və biz də onun həvəsini görürdük. Bu gün onun uğurlarını mətbuatdan oxuyuruq".
Qeyd edək ki, Eldar Əzimov bundan əvvəl "Azərterminalkompleks" Birliyində Xidmətlərin Təşkili İdarəsinin rəisi vəzifəsində çalışıb.
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi