Sosial
Maaş 165 min manatdır, amma işçi tapılmır
Fransada yerləşən dünyanın ən təhlükəli mayaklarından biri olan “La Jument”də işləyəcək gözətçi axtarılır.
Publika.az xəbər verir ki, ildə 2 milyon manata yaxın maaş alan mühafizəçilər 1 il burada qalmalıdır. Lakin ayda 165 min manat ola biləcək maaşla belə burada işləməyə heç kim dözə bilməz.
Türk yazar Uğur Önver “La Jument”də mühafizəçi olmağın nə qədər çətin olduğunu çəkdiyi video ilə izləyiciləri ilə bölüşüb:
"Ən kiçik bir səhv həyatınız bahasına başa gələ bilər. İşə başlamazdan əvvəl bütün riskləri nəzərə aldığınızı və baş verə biləcək qəzada şirkətin məsuliyyət daşımayacağına dair müqavilə imzalayırsınız. Siz gəmilərə yön verəcəksiniz. Bununla belə, mayakdan çıxa bilməzsiniz. İldə cəmi 2 həftə məzuniyyətiniz var.
Bu mayakda həyat yoldaşınız da sizinlə qala bilər, lakin uşaqların içəri girməsi qadağandır. Əgər xəstələnirsənsə, həkim sənin yanına gəlir. Bildiyiniz həbsxana həyatını yaşayırsınız. Heç vaxt quruya ayaq basa bilməzsən. Burada işləyənlərin dediyinə görə, nəhəng dalğanın, tufanın səsinə dözmək olmur. İnsan psixologiyasına mənfi təsir göstərir. Tam bir kabusdur. Hələ heç kim aylıq maaşını almayıb. Maksimum 9 gün işləyib. Müvəqqəti işçilər də qaldıqları hər gün üçün 1000 dollar qazanırlar”.
Roza Şəfiyeva
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı