Sosial
"Milli geyimlərin təbliği - Ənənədən gələcəyə" adlı ictimai müzakirə... - FOTO
"Qadın Konsensus Mərkəzi" İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Milli geyimlərin təbliği - Ənənədən gələcəyə" adlı layihə çərçivəsində ictimai müzakirə keçirib.
Publika.az xəbər verir ki, 4 ay davam edən layihə çərçivəsində 10 araşdırma yazı, 6 veriliş hazırlanıb və bu gün yekun olaraq mütəxəssislər, ziyalıların iştirakı ilə ictimai müzakirə keçirilib.
Layihənin məqsədi Azərbaycanın milli geyimlərini öyrənmək və təbliğ etməkdir. Milli geyimlərimizi, xüsusilə də gənclər arasında təbliğ etməklə milli dəyərlərimizə sahib çıxmaq əsas hədəfdir.
İctimai müzakirədə Milli Məclisin üzvləri Aydın Mirzəzadə, Ceyhun Məmmədov, Azərbaycan Dillər Universitetin regionşünaslıq kafedrasının müdiri, etnoqraf Sevdagül Əliyeva, Azərbaycan Milli geyim mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dizayner Gülnarə Xəlilova, “Bakı Milli Geyim Evi”nin rəhbəri, modelyer Könül Vəlibəyli, xalq artisti Nəzakət Teymurova, əməkdar artist Sənubər İsgəndərli, "Qadın Konsensus Mərkəzi"nin rəhbəri Aynur Camalqızı fikirlərini bölüşüblər.
-
Rəsmi xronika21:25
Prezidentdən Yeni illə bağlı paylaşım - FOTO
-
Magazin220:44
Məşhur illüziyaçı vəfat etdi
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI