Sosial
Körpəyə siqaret verib şəklini paylaşdılar - Hansı cəza veriləcək?
Sosial şəbəkələrdə azyaşlının yaxınları tərəfindən zərərli vərdişlərə cəlb olunmasını əks etdirən görüntülər yayılıb.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, xoşagəlməz görüntülər Dövlət Komitəsi tərəfindən dərhal nəzarətə götürülüb və aidiyyəti qurumlarla birgə araşdırma aparılıb:
“Nəticədə Abşeron rayon sakini olan valideynlər rayon icra hakimiyyətinə dəvət olunublar. Fotoda uşağın dayısı tərəfindən ötən il ailə məclislərinin birində zarafat məqsədli çəkilərək paylaşdığını iddia edən valideynlərlə profilaktik söhbət aparılıb, qanunvericiliyə müvafiq olaraq valideyn öhdəliyi, vəzifə və məsuliyyətləri ilə bağlı ətraflı məlumat verilib”.
Valideynlərin diqqətinə çatdırılıb ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur: “Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynlər öz valideynlik vəzifələrini yerinə yetirmədikdə isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilə bilər”.
-
Cənubi Qafqaz13:03
KTMT Ermənistana təhdiddir - Nikol son nöqtəni qoydu
-
İdman12:32
ÇL-ə qayıdan klubun cazibədar aparıcısı: Azarkeşlər onu niyə sevir? - FOTOLAR
-
İqtisadi gündəm12:13
İxrac azalıb, idxal isə artıb: Azərbaycanda qiymətlər artacaq, yoxsa?
-
Sosial12:05
İş və istirahət günlərinin yerləri dəyişdirildi
-
MDB11:49
Ermənistanda hakimiyyəti devirmək istəyən qrup ifşa edildi: Rusiyada təlim keçibmişlər
-
Sosial11:12
Dərsi məktəbin həyətində keçən müəllim işdən çıxarıldı
-
İdman10:36
Usik Polşada saxlanıldı: Ara qarışdı, Zelenski qəzəbləndi
-
Sosial10:04
Afiyəddin Cəlilovun nəvəsi Türkiyəni də qarışdırdı: Görün camaatın başına nə oyun açdı - VİDEO