Sosial
MSK bu məntəqələrdə pozuntularla bağlı iddiaları araşdırıb
Sentyabr 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinin bəzi seçki məntəqələrində pozuntuların olması haqqında iddialar araşdırılıb.
Publika.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.
MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, bu şikayətlə Muxtarlı Qələndər Şamil oğlu müraciət edib:
"Ərizəçi müraciətində göstərib ki, dairənin bir çox məntəqələrində səsvermə günü proses qanunauyğun aparılmayıb. O, 27 seçki məntəqəsində səsvermənin nəticələrini mübahisələndirib, müşahidəçilərə maneə yaradıldığını iddia edib və müraciətinə 32 akt, videogörüntülər əlavə edib".
A.Muxtarovanın sözlərinə görə, namizədin MSK-ya təqdim etdiyi 87 videonun əksəriyyəti başqa dairələrdə qeydə alınanlardır:
"Bununla bərabər videogörüntülərdə vətəndaşların seçki hüququnu həyata keçirməsinə mane olan hallar aşkarlanmayıb. Araşdırmanın nəticəsində namizədin şikayətinin əsassız olduğu müəyyənləşdirilib və təmin edilməyib".
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO