Sosial
Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 18-də Biləsuvar rayonunun Əliabad kəndində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsini ziyarət edib.
Publika.az xəbər verir ki, əvvəlcə Milli Qəhrəmanın döyüş yolunun, vətənpərvərlik, qəhrəmanlıq nümunəsinin gənc nəslə aşılanması üçün şəhidin doğulduğu kənddə yaradılan ev muzeyinə gələn Leyla Əliyeva burada Mübariz İbrahimovun şəxsi əşyaları, onun həyat yolunu əks etdirən eksponatlarla tanış olub.
Sonra Mübariz İbrahimovun ailəsinin yaşadığı evə gələn Leyla Əliyeva Azərbaycanın Milli Qəhrəmanının atası və anası ilə çay süfrəsi arxasında söhbət edib.
Qeyd edək ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.
O, 2009-cu ilin avqustunda öz arzusu ilə cəbhə bölgəsində hərbi xidmətə başlayıb. 2010-cu il iyunun 19-da gecə saat 23 radələrində Tərtər istiqamətində iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni təkbaşına keçən Mübariz Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini ilk həmlədə məhv edib. Beş saatlıq döyüşdə düşməni ağır itkilərə məruz qoyan M.İbrahimov qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.
Prezident İlham Əliyevin Sərəncamı ilə gizir Mübariz İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Prezidentin digər Sərəncamı ilə Milli Qəhrəmanın xatirəsi əbədiləşdirilib.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?