Məktəblilərə də təqaüd verilsin - Tahir Kərimli
Bizi izləyin

Sosial

Məktəblilərə də təqaüd verilsin - Tahir Kərimli

“Orta ümumtəhsil məktəblərində məktəblilərə də təqaüd verilməsi yaxşı olardı. Şagirdlər əla oxuyanlar, yaxşı oxuyanlar kateqoriyasına bölünsünlər. Buna uyğun onlara təqaüd verilsin. Necə ki ali məktəblərdə tələbələrə təqaüd verilir”.

Publika.az pravda.az-a istinadla xəbər verir ki, bunu Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Partiya sədri bildirib ki, şagirdlərə təqaüd verilməsi iki nöqteyi-nəzərdən faydalı olar:

“Birincisi, bu, uşaqları yaxşı bilik almağa həvəsləndirər, həm də onların ailələrinə maddi kömək göstərilər. İkincisi, Azərbaycanda "uşaqpulu" verilmirsə, bunun əvəzinə şagirdlərə təqaüd verilməsi konpensasiya kimi nəzərdə tutula bilər. Doğrudan da, bu məsələyə baxılsa, yaxşı olar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm