Sosial
4 Oktyabr - Ümumdünya Heyvanların Mühafizəsi Günüdür
4 oktyabr bütün dünyada Ümumdünya Heyvanları Müdafiə Günü kimi qeyd olunur.
Publika.az xəbər verir ki, günün məqsədi diqqəti vəhşi heyvanların müdafiəsi və mühafizəsinə yönəltməkdir.
Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Elşad Əsgərov bildirib ki, heyvanların qorunması, müdafiəsi əsrlər öncə ortaya çıxmış bir anlayışdır. İnsanlar əvvəllər elə bilirdilər ki, heyvanlar da, təbiət də tükənməzdir. Amma sonradan başa düşüldü ki, heyvanların nəslinin kəsilməsi, bitkilərin tükənməsi baş verə bilər. Artıq bütün dünya belə riskləri qəbul edir və Azərbaycanda da vəhşi təbiətin mühafizəsi, heyvanların müdafiəsi ilə bağlı son zamanlar əhəmiyyətli və genişmiqyaslı işlər görülür.
“Hazırda Azərbaycanda 893 min hektar sahəni əhatə edən xüsusi mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir. Bunlardan 10-u milli park, 10-u dövlət təbiət qoruğu, 24-ü dövlət təbiət yasaqlığıdır. Bütün bu şəbəkənin hamısı təbiəti, heyvanat aləmini qorumaq məqsədi daşıyır.
Azərbaycanda biomüxtəlifliyin, fauna və flora növlərinin qorunması məqsədilə bir çox uğurlu layihələr həyata keçirilir. Artıq neçə ildir ki, ölkəmizdə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) tərəfindən ceyranların, bezoar keçilərinin, Avropa bizonu və nəcib maralların reintroduksiyası işləri həyata keçirilir.
Məsələn, bir vaxtlar Azərbaycanda bəbirə nadir hallarda rast gəlmək olurdu. Amma indi vəziyyət dəyişib. Qarabağda, Kəlbəcər istiqamətində bəbirlərin müşahidə olunması, həmçinin Mingəçevir gölü ətrafındakı boz dağlarda, Naxçıvanda, Böyük Qafqazda onların görünməsi bəbir populyasiyasının bərpası, onların mühafizəsi, arealının genişləndirilməsi istiqamətində aparılan məqsədyönlü fəaliyyətin nəticəsidir. Həmçinin quraşdırdığımız kameralar vasitəsilə bəbirlərin yaşadığı biotoplarda çoxaldığı müşahidə edilir. Reintroduksiya olunan ceyranlar da artaraq dayanıqlı populyasiyalar əmələ gətirib. Eləcə də, Avropa zooparklarından gətirilən zubrlar bala verib və saylarında artım var”.
-
Kriminal16:15
Ağayevə verilən ittihamın ağırlaşdırılması tələb olundu
-
MDB15:35
Rus ordusu Kupyanska girdi: Xarkov uğrunda döyüşlər gedir
-
Region14:40
Paşinyan 9 noyabr bəyanatını imzalaması haqda: Heç kimin fikri məni...
-
Ekologiya13:10
Sabah hava çiskinli olacaq - PROQNOZ
-
Rəsmi xronika12:44
İlham Əliyev Məhəmməd Yunus ilə görüşdü - YENİLƏNDİ
-
Nida Xəbər 11:52
Ərdoğan ilə Bakıya gələn jurnalistə görün nə hədiyyə etdilər - FOTO
-
Dünya11:04
Qaçış planı: Trampdan qorxan şahzadə Harri və Meqan Markl bu ölkədə EV ALDILAR
-
ABŞ10:52
Pentaqonda misli görünməmiş silkələnmə: Tramp onları qovacaq - SİYAHI HAZIRLANIR