"Bazarstore" yeni filialını Cəbrayılda istifadəyə verdi - Foto
Bizi izləyin

Sosial

"Bazarstore" yeni filialını Cəbrayılda istifadəyə verdi - Foto

Xidmət sahəsini artırmaqda davam edən "Bazarstore" yeni mağazasını işğaldan edilmiş Cəbrayılda açıb.

Ümumi sahəsi 1000 m²-ə yaxın olan mağaza bol çeşid və sərfəli qiymət ilə müştərilərə xidmət edəcək.

Artıq Cəbrayıla qayıdan yerli sakinlər, həmin ərazilərdə xidmət edən hərbçilərimiz, həmçinin işğaldan azad edilmiş torpaqların yenidən qurulmasında iştirak edən qurumların əməkdaşları "Bazarstore"dan alış-veriş edə bilərlər.

Yüzə yaxın marketlə fəaliyyət göstərən "Bazarstore", qısa müddətdə bütün Qarabağda xidmət göstərməyi planlayır.

Qeyd edək ki, bu, "Bazarstore"un Qarabağda sayca 2-ci mağazasıdır. Bundan öncə şəbəkənin Füzulidə mağazası istifadəyə verilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm