Sosial
FHN Azərsun Sənaye Parkında təlim keçirdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi Azərsun Sənaye Parkı ərazisindəki Bakı Qida və Yağ Fabrikinin istehsalat sahələrində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması” mövzusunda təlim keçirib.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, təlimin keçirilməsində məqsəd mümkün fövqəladə hallarla mübarizə, o cümlədən istehsalat sahələrində qəzalar zamanı xilasetmə işlərinin aparılması üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi, həmçinin müəssisə əməkdaşlarına fövqəladə hallar zamanı davranış qaydaları barədə müvafiq biliklərin verilməsi olub.
"Təlim zamanı xüsusi vasitələrlə şərti qəza baş vermiş istehsalat sahəsində köməksiz vəziyyətdə qalmış “zərərçəkmişlər” xilas edilib, onlara “ilkin yardım göstərilib”, həmçinin baş vermiş “yanğın qısa müddətdə söndürülüb”. Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib", - məlumatda qeyd olunub.
-
Hadisə01:41
Xaçmazdan ACI XƏBƏR - Ölənlər var
-
Magazin100:30
Röya Ayxan səhnə tərzi ilə göz qamaşdırdı - VİDEO
-
İdman00:15
İspaniya klubunun qapıçısı Azərbaycana GƏTİRİLİR
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Ciddi səhvlərə yol verə bilərsiniz
-
Sosial5 Noyabr 23:48
Sabah bu rayonun bəzi əraziləri QAZSIZ QALACAQ
-
Region5 Noyabr 23:12
Bu dəfə göydən TOYUQ "YAĞDI" - ANBAAN VİDEO
-
Region5 Noyabr 23:00
İranda çılpaq etiraz - VİDEO
-
İdman5 Noyabr 22:48
Azərbaycanın əməkdar məşqçisi VƏFAT ETDİ