Yanğınsöndürənlər təltif edildi - FOTO
Bizi izləyin

Sosial

Yanğınsöndürənlər təltif edildi - FOTO

Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın təşəbbüsü ilə 10 oktyabr – Yanğınsöndürənlərin peşə bayramı günü münasibətilə bir qrup yanğınsöndürənlə görüş keçirilib.

Publika.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Görüşdə FHN yanında İctimai şuranın sədri Fuad Hacızadə və şuranın üzvləri, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Asif Məmmədli, İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini İradə Kərimova, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin Regional mərkəzlərlə işin təşkili idarəsinin rəis müavini Namiq Bağırzadə və yanğınsöndürənlər iştirak ediblər.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənlərini peşə bayramı münasibətilə İctimai şura üzvləri adından təbrik edən Şura sədri Fuad Hacızadə Azərbaycan yanğınsöndürmə məktəbinin böyük və şərəfli tarixə malik olduğunu vurğulayıb və onlara təşəkkür edərək, çətin, məsuliyyətli və şərəfli peşə fəaliyyətlərində uğurlar arzulayıb.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Asif Məmmədli təbrikə və səmimi fikirlərə görə təşəkkürünü bildirib. A.Məmmədli ümummilli lider Heydər Əliyevin bu peşənin sahiblərinin əməyinə daim yüksək qiymət verdiyini, məhz onun Sərəncamı ilə 10 oktyabr tarixinin yanğınsöndürənlərin peşə bayramı günü kimi təsis edildiyini diqqətə çatdırıb. Xidmət rəisi Prezident İlham Əliyev tərəfindən ölkədə yanğın təhülükəsizliyinin etibarlı şəkildə təmin edilməsi üçün atılan məqsədyönlü addımlardan danışıb, yanğınsöndürənlərə böyük diqqət və qayğı göstərildiyini minnətdarlıq hissi ilə vurğulayıb.

Görüşdə digər çıxışçılar da yanğınsöndürənləri təbrik edərək onların fədakarlığından söz açıb, fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonra FHN yanında İctimai şura tərəfindən Dövlət Yanğından Mühafizə Xidmətinin xidmətdə fərqlənən 12 nəfər yanğınsöndürəni “Təşəkkürnamə” ilə təltif edilib.





Oxumağa davam et
Reklam
Reklam

Gündəm