Sosial
"Azercell" yaşıl baza stansiyalarının sayını artırır
İnnovasiyalarla yanaşı, davamlı və dayanıqlı inkişafa sadiqliyini bir daha vurğulayan "Azercell" ölkə üzrə ekoloji cəhətdən təmiz texnologiyalar tətbiq etməyə davam edir.
Ətraf mühitin qorunmasını diqqət mərkəzində saxlayan lider mobil operator Qarabağda “yaşıl” baza stansiyalarının sayını 35-ə çatdırır.
Beləliklə, "Azercell" azad edilmiş ərazilərdə “yaşıl” baza stansiyalarını Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam Laçın və Kəlbəcərdə istifadəyə verib. Eyni zamanda, şirkətin günəş enerjisilə işləyən baza stansiyaları Tovuz və Qobustanda da fəaliyyət göstərir.
Ekoloji baxımdan daha “yaşıl” olan bu baza stansiyalarının enerji tələbatının 60%-i bərpa olunan enerji hesabına qarşılanır. Bu da öz növbəsində insan fəaliyyətinin ətraf mühitə neqativ təsirinin azaldılmasında mühüm rol oynayır, karbon emissiyasının və enerji sərfiyyatının minimallaşdırılmasını təmin edir.
Qeyd edək ki, “yaşıl” texnologiyaların ölkə üzrə tətbiq edilməsi "Azercell"in ətraf mühit, sosial və idarəetmə (ESG) prinsipləri çərçivəsində həyata keçirdiyi silsilə tədbirlərin bir hissəsidir. Sosial məsuliyyətli korporativ vətəndaş kimi şirkət ölkəmizdə daha dayanıqlı, sağlam və yaşıl gələcəyin təmin edilməsinə yönəlik təşəbbüslərini davam etdirəcək.
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi