Paytaxtda içkili gəzmək qadağan edildi: Saat 22-dən səhər 6-ya qədər
Bizi izləyin

Sosial

Paytaxtda içkili gəzmək qadağan edildi: Saat 22-dən səhər 6-ya qədər

Praqa uzun müddətdir məşhur olan subaylığa vida mərasiminə qarşı sərt tədbirlər görür. Yerlilər sərxoş britaniyalı kişi turistlərin qaydaları kobud şəkildə pozmalarından narazı olduqdan sonra içki turları qadağan edilib.

Publika.az xəbər verir ki, Praqada turizm agentlikləri qonaqlar üçün hər cür əyləncəni təklif edirlər. Bunlara striptiz şouları, bəyin saxta həbsi ilə nəticələnən “Al Capone şam yeməyi” və cırtdan aktyorların saatda 360 avroya icarəsi daxildir.

Ancaq indi məclis üzvləri axşam saat 22-dən səhər 6-ya qədər içkili küçədə gəzməyi qadağan edib. Praqa merinin müavinlərindən biri Jiri Pospisil deyib ki, Çexiya paytaxtı sadəcə sərxoş olmaq üçün qısa müddətə gələn turisti yox, daha mədəni, varlı turist axtarır.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm