Surroqat analar məsuliyyətə cəlb olunacaq - Yeni qanun
Bizi izləyin

Sosial

Surroqat analar məsuliyyətə cəlb olunacaq - Yeni qanun

İtaliyada surroqat analığın universal cinayət olduğunu nəzərdə tutan qanun layihəsi parlamentin yuxarı palatası olan Senat tərəfindən qəbul edilərək qanuna çevrilib.

Publika.az xəbər verir ki, ölkədə ilk dəfə 2023-cü il iyulun 26-da parlamentin aşağı palatası olan Nümayəndələr Palatasında qəbul edilən qanun layihəsi bu gün Senatda səsə qoyulub.

200 yerlik Senatın Baş Assambleyasında keçirilən səsvermədə İtaliyada surroqat analığın universal cinayət hesab edilməsi ilə bağlı qanun layihəsi 58 “xeyr” səsinə qarşı 84 “hə” səsi ilə qəbul edilərək qanuna çevrilib.

Bildirilir ki, surroqat analıq İtaliyada 2004-cü ildən cinayət hesab olunduğu üçün bu qanun layihəsinin məqsədi insanların bu əməl üçün xaricə getməsinin qarşısını almaqdır. Yeni qanunla müxtəlif ölkələrdə surroqat analıq üçün müraciət edən italyanlar 2 il həbs və 1 milyon avroya qədər pul cəzası ilə mühakimə olunacaqlar.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm