Yeni lider də ÖLDÜRÜLDÜ - Bəs HƏMAS nə deyir? / YENİLƏNDİ
Bizi izləyin

Yaxın Şərq

Yeni lider də ÖLDÜRÜLDÜ - Bəs HƏMAS nə deyir? / YENİLƏNDİ

Fələstinin HƏMAS hərəkatı yeni lider Yəhya Sinvaranın öldürülməsi ilə bağlı məlumatı hələ ki, rəsmi şəkildə şərh etməyib.

Publika.az xəbər verir ki, bu barədə hərəkatın "Telgram" kanalında məlumat verilib.

“Bütün şərhlər HƏMAS-ın rəsmi internet saytında və onun "Telegram" kanalında yerləşdiriləcək”, - bəyanatda deyilir.

Oktyabrın 17-də İsrail təhlükəsizlik mənbəsi Fələstinin HƏMAS hərəkatının rəhbəri Yəhya Sinvarın Qəzza zolağında məhv edildiyini təsdiqləyib.

Mənbə bildirib ki, İsraildə Sinvarın DNT nümunəsi olduğu üçün HƏMAS məhv edilməsinin təsdiqləmək mümkün olub.

Qeyd edək ki, əvvəllər hərəkatın rəhbəri İsrail həbsxanasında olub.

Xatırladaq ki, avqust ayında təşkilatın Qəzza zolağındakı lideri Yəhya Sinvar HƏMAS Siyasi Bürosunun yeni rəhbəri seçilib. O , iyulun sonunda Tehranda məhv edilən İsmayıl Haniyənin yerinə keçib.

Təhlilçilər deyirlər ki, bu təyinat HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumundan sonra tutduğu radikal istiqaməti təsdiqləyir. Sinvar bu hücumun təşkilatçılarından biri adlandırılır.

Hüseyn İbadlı

xxx

18:24

Fələstinin HƏMAS hərəkatının rəhbəri Yəhya Sinvar Qəzza zolağında öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə "Kan" dövlət teleradio şirkəti məlumat yayıb.

“Təhlükəsizlik sistemindəki mənbə bu gün HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyünü bildirib”, – məlumatda qeyd olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm