Rusiyaya qarşı şok ittiham: Bu ölkənin hava limanında yanğın törədib
Bizi izləyin

Dünya

Rusiyaya qarşı şok ittiham: Bu ölkənin hava limanında yanğın törədib

Almaniyanın Leypsiq şəhərindəki “DHL logistika” mərkəzində təyyarəyə yüklənəcək bağlamanın alovlandığı məlum olub. Hadisə Almaniyada Rusiyanın təxribatı ola biləcəyi iddialarını gündəmə gətirib.

Publika.az xəbər verir ki, Leypsiq hava limanında DHL təyyarəsinə yüklənəcək bağlamanın yandığı və hadisə nəticəsində xəsarət alan olmadığı açıqlanıb.

Almaniya Daxili Kəşfiyyat İdarəsinin rəhbəri Tomas Haldenvanq Rusiya agentlərinin Almaniyada pis niyyətli hərəkətlərində böyük artım olduğunu bəyan edərək, bu hadisədə Rusiyadan şübhələndiklərini bildirib.

Hadisə ilə bağlı Almaniya təhlükəsizlik qrupları tərəfindən araşdırma başlanılıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm