Yağış və qar yağır - FAKTİKİ HAVA
Bizi izləyin

Sosial

Yağış və qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Publika.az xəbər verir ki, bu barəd Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ordubad, Gədəbəy, Füzuli, Zəngilan, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Mingəçevir, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Lerik, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış, Xınalıq, Ləzə (Qusar), Daşkəsən, Şahdağda isə qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 14, Aran rayonlarında 16, dağlıq rayonlarda 7 dərəcəyədək isti qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm