Sosial
Milli Məclisin sədri Sahibə Qafarova Rusiyaya işgüzar səfər etdi
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti noyabrın 20-də Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfər edib.
Publika.az-a Milli Məclisdən verilən məlumata görə, nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura və 57-ci Plenar iclaslarında iştirak edəcək.
Nümayəndə heyətini Sankt-Peterburq Qanunvericilik Məclisinin Qanunvericilik komitəsinin sədri Vsevolod Fedoroviç Belikov və MDB PA Şurasının baş katibi Dmitri Arkadyeviç Kobitski, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın MDB PA-nın Şura və 57-ci Plenar iclaslarında çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
-
Digər17:39Kuba müharibəyə hazırlaşır? - Prezident təlimlərə qatıldı
-
İqtisadi gündəm17:19"Temu" satışları dayandırdı, milyonlara istifadəçi şokda
-
İdman17:09Xabi Alonso “Qarabağ”la oyun öncəsi “Liverpul”a qayıdır?
-
Hadisə16:1520 işçinin maaşını verməyən icarədar saxlanıldı
-
Yaxın Şərq16:05Hərbçilər 4 kilometrlik tuneli məhv etdilər
-
Magazin215:357 kilo arıqlayan müğənni bikinidə fotosunu paylaşdı - FOTO
-
Magazin213:2856 yaşlı Cennifer Lopez alış-verişə büsqaltersiz gəldi - FOTOLAR
-
Region10:13Bələdiyyədə korrupsiya əməliyyatı: Səkkiz nəfər həbs edildi

































