Sosial
Sumqayıtda almaları müsadirə edən məmuru belə biabır etdilər - VİDEO
Bir müddət əvvəl Sumqayıtda küçə ticarətinə qarşı keçirilən reyd zamanı məmurun satıcıya qarşı kobud davranışı və yol kənarında düzülmüş meyvələrin müsadirə edilməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olmuşdu. Sosial şəbəkələrdə yayılan görüntülər ictimai narazılıq doğurmuş, məmurun davranışı sərt tənqid edilmişdi.
Daha sonra məlum oldu ki, sözügedən şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunda baş məsləhətçi vəzifəsində çalışan Samir Bədəlovdur.
Hadisə bununla da gündəmdən düşməyib. Ötən gün axşam saatlarında efirə gedən “Komedixana” verilişində icra nümayəndəsinin sözügedən hərəkətləri yumoristik formada tənqid edilib və lağ obyektinə çevrilib. Verilişdə təqdim olunan səhnə ictimai rezonans doğuran davranışa bir növ satirik münasibət kimi dəyərləndirilib.
Bununla bağlı yayımlanan videonu təqdim edirik. (Musavat.com)
-
İdman20:36"Qarabağ" - "Nyukasl" oyununa görə belə qərar verildi
-
Nida Xəbər 20:00Azərbaycanda bu yüksək vəzifə ləğv edildi
-
Hadisə19:12Bu rayonda zəlzələ oldu
-
Hadisə19:00Sumqayıtda güclü yanğın baş verdi - VİDEO
-
Nida Xəbər 18:48Gənc oğlanı qaçırıb evlənməyə məcbur etdilər
-
İdman18:36Qurbanov sağlam qidanın "Qarabağ"ın nəticələrinə təsirindən danışdı
-
MDB15:32Putin Məmmədovla Gevorkyanı təltif etdi
-
MDB15:02Ukraynanın ağır dronları 2 min km qət etdi, Uxtanı vurdular: Neft emalı zavodu yanır











.jpg)






.webp)








.jpg)










.jpg)


