Avropa
Orbandan Trampa Qrenlandiya MESAJI - “Buz parçasını öz viskisinə ata bilər”
Macarıstanın Baş naziri Viktor Orban Qrenlandiyanı “bir parça buz” kimi xarakterizə edib.
Publika.az xəbər verir ki, bu barə "RIA Novosti" məlumat yayıb.
Onun fikrincə, ABŞ prezidenti Donald Tramp bu “buz parçasını öz viskisinə ata bilər”.
Orban, həmçinin Trampın sözləri ilə desək, “öz ömrünü başa vurmuş” NATO-ya “təpik vurduğunu” və bununla da alyansı xilas etdiyini bildirib.
“Bəlkə də o, bütün İslandiyanı - bağışlayın, Qrenlandiyanı böyük bir buz parçası kimi viskisinə atmaq istəyib. Bu mümkündür. Ola bilsin, onu ora ata bilmir, amma bu buz parçası artıq onundur və bütün bunlar NATO çərçivəsində baş verir. Hərbi baxımdan ABŞ üçün vacib olan proseslər gedir, buna əmin olmaq olar”, — Orban Macarıstanın Kapoşvar şəhərində "M1" telekanalı ilə yayımlanan tədbirdə bildirib.
"NATO özünü tükədib və uzun müddət qeyri-effektiv fəaliyyət göstərib. Lakin Trampın hakimiyyətə gəlişindən sonra alyansa üzv ölkələrin müdafiə xərcləri 3 faizdən yuxarı qaldırılıb ki, bu da Trampın qətiyyətli və vaxt itirmədən hərəkət edərək NATO-nu xilas etdiyini göstərir", - Orban vurğulayıb.
Daha əvvəl Viktor Orban Polşanın mövqeyini dəstəkləyərək, Qrenlandiyanın taleyinin Danimarka və ABŞ tərəfindən müəyyənləşdirilməli olduğunu bəyan edib.
Xatırladaq ki, Davosda keçirilən forumda Tramp özü də Qrenlandiyanı “buz parçası” adlandırıb, daha sonra isə ehtimal ki, səhvən Qrenlandiyadan danışarkən “İslandiya” adını işlədib. O, məsələn, NATO-ya verdiyi dəstəyi xatırladaraq, İslandiya haqqında danışmağa başlamazdan əvvəl hamının onu sevdiyini qeyd edib. Ağ Evin mətbuat katibi Karolqyn Levitt isə Trampın Qrenlandiya ilə İslandiyanı qarışdırmadığını israrla bildirib.
Hüseyn İbadlı
-
Nida Xəbər 17:41Türkiyə və Azərbaycan UNESKO-ya birgə müraciət təqdim etdilər
-
Sosial16:44Bakının məşhur bazarında gərginlik - VİDEO
-
Avropa16:12Fransada paraşüt təlimi zamanı 11 nəfər öldü
-
MDB15:36Rusiyada 52 dərəcə isti oldu - Çimərliklərdə izdiham yaşanır
-
Banklar 14:10Azərbaycanda problemli kreditlərin həcmi artdı - VİDEO
-
Region14:00Dələduzluq, qanunsuz mərc oyunları ilə bağlı əməliyyat - 409 nəfər saxlanıldı
-
Hadisə13:52Ağdərədə turistləri daşıyan mikroavtobus qəzaya düşdü
-
İqtisadi gündəm13:03Yayda balıq bazarında qiymətlər necədir? - VİDEO




































.jpg)