İdman
“Arsenal”ın 100 milyonluq hədəfi - Qeyri-rəsmi danışıq olub
12 il “Atletiko” Madriddə çalışmış “Arsenal”ın idman direktoru Andrea Berta “hindular”ın hücumçusu Xulian Alvaresin agenti Fernando Hidalqo ilə yaxşı münasibətlər saxlayır.
Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Mənbənin məlumatına görə, İspaniya klubunun nümayəndələri argentinalı oyunçuya görə rəsmi maraqlarını açıqlayıb-açıqlamamaq barədə qərar verməzdən əvvəl “Atletiko” rəhbərliyi ilə qeyri-rəsmi danışıqlar aparıblar.
İddialara görə, Alvaresin müqaviləsində 500 milyon avroluq sərbəst qalma bəndi var. Vurğulanır ki, əgər “hindular” gələn yay hücumçunu almaq istəsələr, 100 milyon avrodan çox xərcləri çıxacaq.
Hücumçu 2024-cü ilin yayından bəri Madrid klubunda oynayır. Bu mövsüm Alvares bütün yarışlarda 28 oyunda meydana çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2030-cu ilin yayına qədərdir. “Transfermarkt” portalındakı məlumata görə, onun bazar dəyəri 100 milyon avrodur.
-
MDB15:32Putin Məmmədovla Gevorkyanı təltif etdi
-
MDB15:02Ukraynanın ağır dronları 2 min km qət etdi, Uxtanı vurdular: Neft emalı zavodu yanır
-
Nida Xəbər 14:50Hakimiyyəti zorla ələ keçirmək istəyənlərin - TAM SİYAHISI
-
Nida Xəbər 14:18Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən pulları Fuad Qəhrəmanlı belə alıb - Video
-
Nida Xəbər 13:28DTX “Boz kardinal”ın şok səs yazısını yaydı - Video
-
Nida Xəbər 13:12Ramiz Mehdiyevin evindən görün nə qədər pul çıxdı - Video
-
Yaxın Şərq13:10ABŞ çox şey tələb edir, müharibə olacaq - Fidandan xəbərdarlıq
-
Magazin113:03Samirə efirdə bəd xəbər aldı: Təcili getdi - VİDEO






































.jpg)
