"Kapital Bank" "Birbank" brendinə transformasiya edilir
Bizi izləyin

Sosial

"Kapital Bank" "Birbank" brendinə transformasiya edilir

Biz 2025-ci ilin 1-ci rübündən etibarən "Kapital Bank" brendini "Birbank" brendinə transformasiya edəyəcik.

Publika.az xəbər verir ki, bu sözləri "Kapital Bank"ın idarə heyətinin sədri, Baş icraçı direktor Fərid Hüseynov "Kapital Bank"ın 2024-cü ilin 11 ayı və 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında danışarkən deyib.

O bildirib ki, hazırda aylıq 3 milyondan çox aktiv müştərisi ilə "Birbank" "Kapital Bank" qədər güclü brendə çevrilə bilib:

“Müştərilərimiz bu yeniliyi çox gözəl qarşıladılar. Hazırda aylıq 3 milyondan çox aktiv müştərisi ilə "Birbank" "Kapital Bank" qədər güclü bir brendə çevrilə bilib. Və bizim gələcək planlarımız daha çox rəqəmsallaşma, müasir texnologiyaların və süni intellektin tətbiqi üzərindədir.

Buna görə də biz brendi transformasiya edirik. Bu, "Kapital Bank"ın tamamilə yox olacağı mənasına gəlmir. Siz "Kapital Bank"ı daha çox maliyyə institutu və korporativ brend kimi görəcəksiniz. Bütün məhsul və xidmətlərimizi isə müştərilərimizə "Birbank" brendi üzərindən təqdim edəcəyik. Biz də, müştərilərimiz də artıq Birbanklı olacağıq. Sual versəniz ki, bu müştərilərə yanaşmada nəyisə dəyişəcəkmi - bəli müştərilər bu dəyişikliyi daha çox hiss edəcəklər.

"Birbank"ı xarektirizə etsək, o daha gənc, daha dinamik, daha operativ, rəqəmsal, yenilikçi markadır. Bütün bunlar ən sürətli formada müştəri təcrübəsində də öz əksini tapacaq. Müştərilərimiz bütün məhsul və xidmətləri Birbank saytı və tətbiqindən əldə edəcəklər. Bundan başqa, "Kapital Bank" filialları da "Birbank" filiallarına transformasiya olunacaq və bu proses ümumilikdə 2 illik müddəti əhatə edəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm