Sosial
Ermənilərdən “Dubay şokoladı” ilə bağlı ŞOK iddia: Şuşa detalı - FOTO
Ermənilər növbəti dəfə yeni bir iddia ilə sosial şəbəkələrdə diqqətləri üzərlərinə çəkməyi bacarıblar.
Publika.az Globalinfo.az-a istinadla xəbər verir ki, X platformasında erməni səhifələrindən biri son zamanlarda dünyada məşhur olan “Dubay şokoladı”nın əslində erməni şirniyyatı olduğunu iddia edib.
Səhifənin paylaşımında Sultan Şahqulu Ustaçlıyan adlı erməni tarixçinin 16-cı əsrdə yazdığı mətnlərdə həmin dövrdə məşhur olan şokoladın reseptini qeyd etdiyini bildirilib. Ustaçlıyanın 5 əsr əvvəl ermənilərin Şuşada püstə və fındıqla şokoladı qarışdıraraq şirniyyat hazırlandığını, bunun o zamanlarda çox məşhur olduğunu vurğuladığı bildirilir. Hətta səhifə “Dubay şokoladı”nın əsl adının “Şuşa şokoladı” olduğunu yazıb. İddiaya bir neçə erməni də dəstək verib.
Sözügedən paylaşım sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bu iddia “gülünc” adlandırılıb və ciddi şəkildə tənqid edilib.
Xatırladaq ki, Şuşa şəhərinin yaşı 3 əsrdən azdır. Bura 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən salınıb.
-
Dünya15:27
Əsədə Moskvada zülm edilir? - Kremldən CAVAB
-
Sosial15:06
“Lukoil”dən ŞOK ETİRAF: Benzinə su qarışıb
-
Region14:06
Türk dövlətlərinin ortaq xəritəsi hazırlanır - BELƏ OLACAQ
-
Sosial13:48
Xanım jurnalistə vəzifə verildi - FOTO
-
ABŞ12:46
ABŞ-dan Türkiyəyə qarşı təxribat: Görün PKK-ya nə göndərdilər
-
Sosial12:09
Aliment borcu bu hallarda silinə bilər - RƏSMİ
-
Kriminal11:30
“Qızımı öldürməzdən əvvəl “semiçka” da almışdı ki, yeyib-içəcəyik” - VİDEO
-
Region10:42
İstanbul sahillərində mina aşkarlandı - Hansı ölkənin əməlidir?