Sosial
Bu şəxslərə bir sıra güzəştlər ediləcək
"Yüksəkixtisaslı miqrant"lara və ailə üzvlərinə bir sıra güzəştlər ediləcək.
Publika.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Miqrasiya Məcəlləsinə və “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Dəyişikliyə əsasən, sənədlərdə yüksəkixtisaslı miqrantların əmək fəaliyyətindən səmərəli istifadə edilməsi və onların ölkəyə cəlb edilməsi prosesinin sürətləndirilməsi məqsədilə onlara və ailə üzvlərinə münasibətdə bir sıra güzəştlərin tətbiq edilməsi təklif edilir.
Layihədə yüksəkixtisaslı miqrantlara işgüzar səfər məqsədi ilə giriş vizasının verilməsi, onların müvəqqəti və daimi yaşamaq icazəsi verilən şəxslərin siyahısına daxil edilməsi, Miqrasiya Məcəlləsinin 49.2-ci maddəsində müvəqqəti yaşamaq üçün nəzərdə tutulan müddətin onlara şamil edilməsi, mütəxəssis olduğu sahə üzrə fəaliyyət göstərən yüksəkixtisaslı miqrantların iş icazəsindən azad olması, habelə yüksəkixtisaslı miqrantın ərinə (arvadına) və 23 yaşına çatmamış övladlarına münasibətdə iş icazəsinin verilməsi üçün müəyyən edilən əmək miqrasiyası kvotasının tətbiq edilməməsi nəzərdə tutulur.
Qanunla müəyyən edilmiş müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və onun müddətinin uzadılmasına görə müəyyən edilmiş müddətlərin yüksəkixtisaslı miqrantlara, onların 23 yaşına çatmamış övladlarına və digər ailə üzvlərinə münasibətdə qısaldılması nəzərdə tutulur.
***
Milli Məclis "yüksəkixtisaslı miqrant"lara və ailə üzvlərinə bir sıra güzəştlərin tətbiqini III oxunuşda qəbul edib.
Publika.az xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsinə və “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, sənədlərdə yüksəkixtisaslı miqrantların əmək fəaliyyətindən səmərəli istifadə edilməsi və onların ölkəyə cəlb edilməsi prosesinin sürətləndirilməsi məqsədilə onlara və ailə üzvlərinə münasibətdə bir sıra güzəştlərin tətbiq edilməsi təklif edilir.
Layihədə yüksəkixtisaslı miqrantlara işgüzar səfər məqsədi ilə giriş vizasının verilməsi, onların müvəqqəti və daimi yaşamaq icazəsi verilən şəxslərin siyahısına daxil edilməsi, Miqrasiya Məcəlləsinin 49.2-ci maddəsində müvəqqəti yaşamaq üçün nəzərdə tutulan müddətin onlara şamil edilməsi, mütəxəssis olduğu sahə üzrə fəaliyyət göstərən yüksəkixtisaslı miqrantların iş icazəsindən azad olması, habelə yüksəkixtisaslı miqrantın ərinə (arvadına) və 23 yaşına çatmamış övladlarına münasibətdə iş icazəsinin verilməsi üçün müəyyən edilən əmək miqrasiyası kvotasının tətbiq edilməməsi nəzərdə tutulur.
Qanunla müəyyən edilmiş müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və onun müddətinin uzadılmasına görə müəyyən edilmiş müddətlərin yüksəkixtisaslı miqrantlara, onların 23 yaşına çatmamış övladlarına və digər ailə üzvlərinə münasibətdə qısaldılması nəzərdə tutulur.
Hər iki dəyişiklik layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
-
Magazin222:55
Məşhur reper yarışmadan qazandığı 500 mini uşaqlara bağışladı - Video
-
Sosial22:40
Bu ödənişləri nağd qəbul edənlər cərimələnəcək
-
Kriminal21:55
İki qardaşdan biri öldü, digəri yaralandı - Şamaxıda bıçaqlanma
-
Ekopublika.az19:00
ƏDV ilə bağlı daha bir qərar qüvvəyə mindi: 8 il müddətinə...
-
Nəqliyyat18:48
Bu yollarda tıxac var - SİYAHI
-
Nida Xəbər 15:24
Saakaşvili türmədən açıqlama verdi: "Əliyev Rusiyanın barbarlığını ifşa etdi"
-
Hadisə14:48
Bakıda polis bölməsinə çırpılan maşında Kəmalə Günəşlinin qızı olub - VİDEO
-
Nida Xəbər 14:08
Rusiyadan Qarabağla bağlı geri addım: İmtina edildi