Sosial
Azərbaycanda yenilik: hər ödənişdə 2 qəpik tutulacaq
Azərbaycanda dövlət rüsumları ilə bağlı mühüm yenilik tətbiq ediləcək.
Publika.az xəbər verir ki, ölkədə “Dövlət rüsumlarının elektron idarəedilməsi (e-rüsum)" informasiya sistemi yaradılacaq.
Bu məsələ hazırda Milli Məclisdə baxılan “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, yeni informasiya sistemi vasitəsilə, dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsi üçün "e-bildiriş" təqdim ediləcək, dövlət rüsumundan daxil olan vəsaitləri hesablayacaq. Artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumu ilə bağlı müraciətlər də bu sistem vasitəsilə qəbul edilib baxılacaq.
Nəzərdə tutulan dövlət rüsumlarının ödənilməsi zamanı hər bir dövlət rüsumu tutulmalı olan hüquqi hərəkət üzrə tərtib edilmiş "e-bildiriş"ə görə 0,02 manat məbləğində xidmət haqqı tutulacaq. Bu vəsait işçilərin sosial müdafiəsi və maddi təminatının yaxşılaşdırmasına xərclənəcək. (Fed.az)
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?














.jpg)





.jpg)
















