Sosial
Bakının bu ərazilərində mənzillər kəskin BAHALAŞACAQ
Ötən il Bakıda söküntülərin aparılması və torpaq sahələrinin azlığı paytaxtın mənzil bazarında qiymətlərin bahalaşmasına səbəb olub.
Bəs bu il mənzil bazarında qiymətlər necə olacaq?
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, mənzil bazarında qıtlıq hökm sürür.
"Paytaxtda tələb təklifi çox üstələyir. Bu da qiymətlərə təsir edir. Paytaxtda ən çox mənzili ölkəmizdə yaşayan vətəndaşlarla yanaşı, Ukrayna, Rusiya və Belarusda yaşayan həmvətənlərimiz alır. Mənzillərini satmaq istəyənlər isə gözləmə vəziyyətindədirlər.
Belə ki, onlar mənzillərini daha baha satmaq istəyir. Hazırda köhnə tikili binalarda satışa çıxarılan mənzillərin sayı azdır. Sahəsi 150 kvadratmetrdən artıq olan mənzillər daha çox satışa çıxarılır. Bu da çoxlarının büdcəsinə uyğun gəlmir. Əsas tələbat 150 min manata qədər olan mənzillərədir. Belə mənzillər satışa çıxarılan kimi satılır", - o vurğulayıb.
Ekspert qeyd edib ki, bu il mənzil bazarında qiymətlərin 20 faiz bahalaşması gözlənilir.
"Hazırda mərkəzə yaxın yerlərdə binanın özülündən mənzilin 1 kvadratmetri 2500 manata təqdim edilir. Bu rəqəm keçən il 2000 manat idi. Qiymət artımı, əsasən, paytaxtın Nərimanov, Nizami, Yasamal, Xətai və Nəsimi rayonlarında gözlənilir. Bundan başqa, torpaq bazarında qiymət artımı davam edəcək. Qiymət artımının ötən ilə nisbətdə 20% bahalaşacağı gözlənilir", - deyə o qeyd edib.
-
Qoroskop00:35
Günün qoroskopu: uzunmüddətli investisiyalar üçün uyğun vaxtdır
-
Sosial8 Yanvar 23:45
Bakıda sökülən məşhur obyektlərin yerində bu layihə olacaq - FOTOLAR
-
ABŞ8 Yanvar 23:00
Los-Ancelesdə 4 partlayış baş verdi: 80 min nəfər təxliyə olunur - VİDEO
-
Sosial8 Yanvar 22:48
"Şuşa" restoranı niyə sökülür? - Qeyri-qanuni sənədlər...
-
Art8 Yanvar 21:49
Türkiyəli məşhur yazıçı vəfat etdi
-
Magazin18 Yanvar 21:12
Azərin yas mərasimində bəzi gözlədiyim simalar yox idi... - İlkin Həsəni
-
MDB8 Yanvar 21:05
Rusiya hücum etdi: 13 ölü, 30 yaralı var - Zaporojyedən dəhşətli FOTOLAR/YENİLƏNDİ
-
Sosial8 Yanvar 20:10
Boşanmaq istəyənlər bunları bilməlidir - Azərbaycanda YENİ QAYDALAR