Dünya
İraq hava hücumundan müdafiə imkanlarını artırır: hansı ölkədən nə aldı?
İraqın Cənubi Koreyadan aldığı müasir hava hücumundan müdafiə sistemi yaxın zamanlarda ölkəyə gətiriləcək.
Publika.az xəbər verir ki, bu barədə general Təhsin əl-Xəfaci məlumat verib.
O qeyd edib ki, hava hücumundan müdafiə, hərbi hava qüvvələri və hərbi aviasiya sahələrində imzalanmış müqavilələr bu il icra olunacaq.
General əlavə edib ki, Fransadan çoxməqsədli helikopterlərin alınması ilə bağlı müqavilə mövcuddur. Bu helikopterlər hava qüvvələrinin daşınması, hədəflərin müəyyən edilməsi və quru qüvvələrinə logistik dəstək göstərilməsi məqsədilə istifadə ediləcək. Həmçinin ölkəyə müasir radarlar da çatdırılacaq.
-
Hadisə16:1520 işçinin maaşını verməyən icarədar saxlanıldı
-
Yaxın Şərq16:05Hərbçilər 4 kilometrlik tuneli məhv etdilər
-
Magazin215:357 kilo arıqlayan müğənni bikinidə fotosunu paylaşdı - FOTO
-
Sağlamlıq14:36Daha bir virus bu ölkəni bürüyür: Müalicəsi yoxdur, ölüm nisbəti dəhşətlidir
-
Region14:09Laricaninin qızı ABŞ universitetindən qovuldu
-
Magazin213:2856 yaşlı Cennifer Lopez alış-verişə büsqaltersiz gəldi - FOTOLAR
-
Sosial10:55Sumqayıtda almaları müsadirə edən məmuru belə biabır etdilər - VİDEO
-
Region10:13Bələdiyyədə korrupsiya əməliyyatı: Səkkiz nəfər həbs edildi
































