Sosial
XİN saxlanılan gəmilərlə bağlı məlumat yaydı
7 noyabr 2024-cü il tarixində “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreya Dövlətinin ərazi sularına məcburi giriş edib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, keçid zamanı Eritreya Dövlətinin liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra Eritreya Dövlətinin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq, sözügedən gəmilər saxlanılıb. Adları qeyd olunan gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan Respublikasının vətəndaşlarıdır.
Hadisəyə Xarici İşlər Nazirliyi tərəfindən dərhal reaksiya verilərək məsələnin nəzarətə götürüldüyü bildirilib.
Zəruri tədbirlərin görülməsi məqsədilə, Eritreya Dövlətinin ərazi sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma Efiopiya Federativ Demokratik Respublikasında və Rusiya Federasiyasındakı səfirliklərimiz vasitəsilə Eritreya tərəfinə müvafiq nota vasitəsilə çatdırılıb. Eritreya XİN-də, Eritreyanın Türkiyə və Moskvadakı səfirliklərində müvafiq görüşlər keçirilib.
Məsələnin həlli, gəmilərin və heyətin sərbəst buraxılması, eləcə də zəruri konsulluq hüquqi yardımların göstərilməsi məqsədilə müvafiq iş davam etdirilir.
Qeyd edək ki, ötən gün Azərbaycana məxsus 3 gəminin heyəti ilə birlikdə Afrikada yerləşən Eritreya dövlətinə aid sularda həbs edilib.
Uzaq səfərlər kapitanı Səyyar Quliyev heyətin 2 aya yaxındır ac-susuz girov saxlanıldığını diqqətə çatdırıb.
Gəminin Bakıdan Ərəbistana yola çıxdığı, havanın küləkli olması səbəbindən Afrikaya - Eritreya istiqamətinə yönəldiyi bildirilib.
-
Qoroskop00:35
Günün qoroskopu: uzunmüddətli investisiyalar üçün uyğun vaxtdır
-
Sosial8 Yanvar 23:45
Bakıda sökülən məşhur obyektlərin yerində bu layihə olacaq - FOTOLAR
-
ABŞ8 Yanvar 23:00
Los-Ancelesdə 4 partlayış baş verdi: 80 min nəfər təxliyə olunur - VİDEO
-
Sosial8 Yanvar 22:48
"Şuşa" restoranı niyə sökülür? - Qeyri-qanuni sənədlər...
-
Art8 Yanvar 21:49
Türkiyəli məşhur yazıçı vəfat etdi
-
Magazin18 Yanvar 21:12
Azərin yas mərasimində bəzi gözlədiyim simalar yox idi... - İlkin Həsəni
-
MDB8 Yanvar 21:05
Rusiya hücum etdi: 13 ölü, 30 yaralı var - Zaporojyedən dəhşətli FOTOLAR/YENİLƏNDİ
-
Sosial8 Yanvar 20:10
Boşanmaq istəyənlər bunları bilməlidir - Azərbaycanda YENİ QAYDALAR