Sosial
DSX mayoruna hücum edən idmançı sərbəst buraxıldı
Yanvar ayının 5-də DSX mayoru, kikboksinq üzrə əməkdar məşqçi və əməkdar idman ustası Fuad Zeynalova hücum edən şəxslərin sifarişçisi olduğu deyilən kikboksinq üzrə dünya və Avropa çempionu Ramal Aslanov sərbəst buraxılıb.
Publika.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında kikboksinq üzrə əməkdar məşqçi və əməkdar idman ustası Fuad Zeynalov deyib.
"Mənə hücum edən şəxslərin sifarişçisi Ramal Aslanov sərbəst buraxılıb. Belə bir şəxsin azadlığa buraxılması doğru deyil. Mən həmin şəxsin cəzalandırılmasını tələb edəcəyəm. Bu işlə şəxsi vəkilim məşğul olacaq. Federasiya rəhbərliyini və Ramal Aslanovu məhkəməyə verəcəyəm. Belələrinin azadlıqda rahat gəzməsi qəbul edilməzdir. Lazım gələrsə, həmin şəxsin himayədarlarının da adlarını açıqlayacağam", - deyə F.Zeynalov bildirib.
Qeyd edək ki, DSX mayoru, kikboksinq üzrə əməkdar məşqçi və əməkdar idman ustası Fuad Zeynalova hücum çəkməkdə şübhəli bilinən, məşqçilər Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədova 3 aylıq həbs verilib.
Xatırladaq ki, Ramal Aslanov ötən gün Kikboksinq Federasiyasının I vitse-prezidenti vəzifəsindən azad edilib.
-
Ekopublika.az07:35
Minimum əməkhaqqı artımı: Maaşlara neçə faiz tətbiq ediləcək?
-
Qoroskop00:35
Günün qoroskopu: uzunmüddətli investisiyalar üçün uyğun vaxtdır
-
Sosial8 Yanvar 23:45
Bakıda sökülən məşhur obyektlərin yerində bu layihə olacaq - FOTOLAR
-
ABŞ8 Yanvar 23:00
Los-Ancelesdə 4 partlayış baş verdi: 80 min nəfər təxliyə olunur - VİDEO
-
Sosial8 Yanvar 22:48
"Şuşa" restoranı niyə sökülür? - Qeyri-qanuni sənədlər...
-
Art8 Yanvar 21:49
Türkiyəli məşhur yazıçı vəfat etdi
-
Magazin18 Yanvar 21:12
Azərin yas mərasimində bəzi gözlədiyim simalar yox idi... - İlkin Həsəni
-
MDB8 Yanvar 21:05
Rusiya hücum etdi: 13 ölü, 30 yaralı var - Zaporojyedən dəhşətli FOTOLAR/YENİLƏNDİ